Tovuzda gənc oğlan əmisini döydü

25-07-2017, 21:19           

Tovuz rayonunda 50 yaşlı kişi qardaşı oğlu tərəfindən döyülüb.
Publika.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Aydın İslam Oğlu Fərhadov mübahisə zəminində qardaşı oğlu tərəfindən döyülərək ağır kəllə-beyin travması alıb.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.