Bakının mərkəzində 2-3 metrlik ilan sakinləri təşvişə salıb

26-07-2017, 18:28           

Bu gün günorta saatlarında Nəsimi rayonu, Nizami küçəsi 118-də, beşmərtəbəli binanın blokunda təxminən 2-3 metrlik qara rəngli ilan peyda olub.

Bina sakinlərinin SalamNews-a verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinə zəng edilsə də, Nazirlikdən ilanın zərərsizləşdirilməsinin yerli rayon icra hakimiyyətinin işi olduğu bildirilib.

Blokun sakinləri təşviş içində mənzillərini tərk ediblər.

Hadisə yerinə Nəsimi rayonu Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları cəlb edilib və əhalinin təhlükəsizliyini təmin etməklə məşğuldular.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru