Zooparkda DƏHŞƏT: Bəbir uşağa hücum etdi

28-07-2017, 00:16           

Rusiya Federasiyası İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, Saratovun ticarət mərkəzlərinin birində yerləşən zooparkda 6 yaşlı qız bəbirin hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, ilkin məlumata görə, boyun nahiyəsindən yaralanan uşaq xəstəxanaya çatdırılıb. Hazırda müstəntiqlər hadisənin baş verməsi səbəblərini araşdırırlar.
Qeyd edək ki, bu, zooparkda heyvanların uşaqlara hücum etdiyi ilk hadisə deyil. Belə hadisələr çox vaxt təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verir. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru