Masallıda 33 yaşlı kişi qətlə yetirilib

2-08-2017, 11:33           
Masallıda 33 yaşlı kişi qətlə yetirilib
Masallıda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, rayonun Şatıroba kənd sakini 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev bu gün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb. Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı xəstəxanada vəfat edib.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
T.Quliyevin qardaşı "Report" a bildirib ki, ilkin ehtimala görə, qardaşı içki məclisindən çıxarkən mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru