Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü

2-08-2017, 13:37           

Dünən Bakı-Şamaxı yolunun 19-21 kilometrliyində 2 piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, yolun 19,3-cü kilometrliyində "Opel" markalı minik avtomobili 33 yaşlı kişini vurub öldürüb. Magistralın 21,5-ci kilometrliyində isə "QAZ 33" markalı avtomobil 30-35 yaşlı kişini vurub öldürüb. Bildirilir ki, Bakı-Şamaxı yolunun qeyd edilən hissəsində hazırda təmir işləri həyata keçirilir və orada yolu keçmək piyadalar üçün çox təhlükəlidir.

Hər iki faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru