Bakıda velosipedçini avtomobil vurub. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Zığ qəsəbəsində velosipedlə yolu keçən 1983-cü il təvəllüdlü İsmayılov Heydər Azad oğlunu avtomobil vurub. Nəticədə velosipedçi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.