Kürdəmirdə zəlzələ olub 6-08-2017, 10:27 Ötən gecə saat 04:29:13-də Saatlıdan 17 km şimal-qərbdə, Kürdəmir rayonu ərazisində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. APA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələ hiss olunmayıb. Facebook-da paylaş