İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi

15-08-2017, 00:15           

İnterpol daha bir azərbaycanlını axtarışa verib. teref.az Trend-ə istinadən bildirir ki, 1954-cü il təvəllüdlü Elsevir Əliyev haqqında Azərbaycan məhkəmə orqanları həbs qəti imkan tədbiri seçib. E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub. Həmin məhkəmə qərarına əsasən, E.Əliyev barəsində İnterpol tərəfindən beynəlxalq axtarış elan olunub.

E.Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (külli miqdarda dələduzluq) maddəsilə ittiham olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru