Polis xaça çəkilmiş "Qaqarin"inin sahibini axtarır - FOTO
14-04-2015, 11:43
Rusiyanın Perm şəhər polisi hündürmərtəbəli evlərdən birinin divarına qrafiti üslubunda çəkilmiş rəsmin müəllifini araşdırır.
Avropa.info xəbər verir ki, rəssam binanın divarında Yuri Qaqarinə oxşayan kosmonavtı xaça çəkilmiş şəkildə təsvir edib. Polis divar rəsminin qanuna zidd olub-olmamasını 10 gün ərzində araşdırmalıdır.
Qrafitinin çəkilməsi 12 aprel – Kosmonavtika gününə təsadüf edib. Eyni gündə xristianlar Pasxa bayramını qeyd ediblər. Rəsmin müəllifi də məlum olub. Rəssam Alkesandr Junev polisdə ifadə verməlidir.
Hadisə ilə bağlı yerli deputat Yuri Utkin rəssama vandalizm maddəsi cinayət işinin açılmasını tələb edib.