Diqqət!! 3 gün bu ərazilərdə qaz olmayacaq

12-09-2017, 09:06           

“Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sentyabrın 12-i, saat 07:00-dan 3 gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.
Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru