Məhkəmə təcridxanada uşaq dünyaya gətirən qadınla bağlı qərar verib

14-09-2017, 20:55           
Məhkəmə təcridxanada uşaq dünyaya gətirən qadınla bağlı qərar verib
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Gülşən Bəkirova və Xalidə Bəkirovanın cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.

APA-nın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 6-da Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova tutulub, digər iki nəfər müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurladığı müəyyən edilib.

Xatırladaq ki, X. Bəkirova İstintaq Təcridxanasında uşaq dünyaya gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Bəkirova 8 il, X. Bəkirova isə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru