İnterpol bu azərbaycanlını axtarır - FOTO

23-10-2017, 21:16           

İnterpol sənəd saxtalaşdırmaqda təqsirləndirilən Azərbaycan vətəndaşını axtarışa verib.
teref.az-nun trend-ə istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Rəşid Kosayev barəsində cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

Məhkəmə tərəfindən R.Kosayev barəsində həbs qətimkan tədbiri seçilib və onun axtarışa verilməsi barədə qərar çıxarılıb.

Həmin qərar əsasında da İnterpol tərəfindən R.Kosayev barəsində beynəlxalq axtarış elan edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.