İndoneziyanın Yava adasının sahillərində 4,7 bal gücündə zəlzələ olub.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Surabaya şəhərindən 221 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.