Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında qadını maşın vurub
24-10-2017, 09:28
Bakının Sabunçu rayonu ərazisində orta yaşlı qadını minik avtomobili vurub. "Report"un xəbərinə görə, hadisə 1968-ci il təvəllüdlü Bayramova Səadət İlham qızı Bakıxanov qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında yolu keçmək istəyən zaman baş verib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.