Neftin dünya qiyməti artır

25-10-2017, 09:43           
Neftin dünya qiyməti artır
London və Nyu-york birjalarında elektron hərraclar zamanı neftin dünya qiymətləri artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı hərracların nəticələri deməyə əsas verir.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin dekabr fyuçerslərin qiyməti 1.04 faiz artaraq, bir barel üçün 52,44 dollara bərabər olub.
London birjasında “Brent” markalı neftin ICE Futures fyuçerslərin qiyməti isə 1,7 faiz artıb, bir barel üçün 58,29 dollara bərabər olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.