İŞİD silahlıları Rusiyanın Suriya ordusuna verdiyi T-90A tankını ələ keçiriblər. Avropa.info xəbər verir ki, bu barədə “Directorate 4” “Telegram” kanalı məlumat yayıb. Kanalın informasiyasına görə, İŞİD bu qəniməti Məyadin şəhərində şərq istiqamətdə gedən döyüşlərdə əldə edib. İŞİD özü tankı səhvən T-72 tankı sayıb. Xatırladaq ki, sentyabr ayında Suriya ordusu İŞİD-in keçən il ələ keçirdiyi T-90 tankını məhv etmişdi.