Reperlərin Quran ayələri fonunda misilsiz əxlaqsızlığı

25-10-2017, 19:29           

Mütəmadi olaraq İslam dünyasına qarşı ayrı-ayrı şəxslərin hücumlarının şahidi oluruq. Bu istər sözlə olsun, istərsə də atdıqları hər hansı bir addımlar.
FaktXəbər-in məlumatına görə, braziliyalı reperlər MC Nando və MC Luanzinhonun yeni hazırladığı klip də bu qəbildəndir. Onlar yeni klipləri ilə bütün İslam dünyasını təhqir ediblər.
Belə ki, onlar Qurani-Kərimin “Mücadilə” surəsinin 2-ci ayəsini özlərinin çəkdikləri və efirə verilməsi mümkün olmayan əxlaqsız kliplərində fon musiqisi kimi səsləndiriblər. Qeyd edək ki, ayədə belə deyilir: “Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.”
Onlar sözügedən klip yayımlandıqdan sonra edilən etirazlara cavab olaraq üzr istədiklərini açıqlasalar da, musiqi və klipi sosial medialardan çıxrmayıblar.
Qeyd edək ki, video-klip həddindən artıq əxlaqsız səhnələrlə zəngin olduğu üçün görüntüləri çıxararaq, sadəcə səsi saxlamışıq.
[media=https://www.youtube.com/watch?time_continue=23&v=fsbtvsO9blI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.