Bakıda 42 yaşlı qadın sosial şəbəkədə kişi ilə tanış oldu - Başına iş gəldi
27-10-2017, 10:13
Bakıda şantajla məşğul olan şəxs tutulub.
Yasamal rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.