"İki nəfərin vəziyyəti ağırdır" - Nazirlikdən qəza AÇIQLAMASI

27-10-2017, 22:45           

Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

teref.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin verdiyi məlumata görə, qəzada 25 nəfər xəsarət alıb.

Onlardan ikisi Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qalan 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Goranboy rayonunda fəhlələri daşıyan avtobus qəza nəticəsində körpüdən aşaraq çaya düşüb.

Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru