İspaniya hökuməti Kataloniya parlamentinin buraxılması barədə qərar qəbul edib. Virtualaz.org “El Pais” nəşrinə istinadən xəbər verir ki, bu məlumatı İspaniyanın baş naziri Mariano Raxoy verib.
Raxoy qeyd edib ki, Kataloniyada yeni parlament seçkiləri dekabrın 21-nə təyin olunub.
Maraqlıdır ki, Kataloniyanın öz müstəqilliyini elan etməsindən sonra İspaniya hökuməti Kataloniyanın muxtar vilayət statusunun ləğv edildiyini bəyan etmişdi.