Yük avtomobili qatarla toqquşub - Bakıda

28-10-2017, 09:21           

Hadisə zamanı sürücü xəsarət alıb
Bakıda yük avtomobili qatarla toqquşub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb. Hadisə zamanı sürücü V.Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru