Tramp vəkili musiqiçiylə dəyişik salaraq ad günü münasibətilə təbrik edib

28-10-2017, 09:36           
Tramp vəkili musiqiçiylə dəyişik salaraq ad günü münasibətilə təbrik edib
ABŞ prezidenti Donald Tramp məşhur müğənni Li Qrinvudu 75 illik yubileyi münasibətilə təbrik etmək fikrində olaraq, onu adaşı olan vəkillə dəyişik salıb.
"Report" xəbər verir ki, Amerika lideri "Twitter"dəki səhifəsində bununla bağlı səhvə yol verərək vəkili təbrik edib.
Ağ Ev rəhbəri ad günü təbrikini onun adaşına yazıb. "Sizi doğum gününüz münasibətilə təbrik edirəm çox gözəl "leegreenwood83". Sən və sənin gözəl mahnıların çoxmənalıdır. Amerikanı yenidən böyük edək!", - deyə ABŞ prezidenti daha sonra statusunu redaktə edib və "@TheLeeGreenwood-un" düzgün ünvanını yazıb.
ABŞ prezidentinin əvvəlcə təbrik etdiyi şəxsin səhifəsində qeyd olunur ki, o, Nyu-Yorkda vəkil işləyir.
Daha əvvəl Tramp Finlandiya prezidenti Sauli Niinistyoyla mətbuat konfransı zamanı iki sarışın müxbir dəyişik salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru