Sankt-Peterburqda azərbaycanlı oğurlanıb

29-10-2017, 20:02           
Sankt-Peterburqda azərbaycanlı oğurlanıb
Rusiyanın Sankt-Peterburq şəhərinin 45 yaşlı sakini daşınmaz əmlak üzrə agent işləyən Azərbaycan əsilli həyat yoldaşının oğurlanması faktı ilə bağlı polisə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə “47news.ru” məlumat yayıb.

Qeyd olunur ki, onun oğurlanması müşahidə kameralarının görüntülərinə düşüb. Videoda dəbilqəli 3 silahlının azərbaycanlını yerə yıxması, sonra isə zorla göy rəngli mikroavtobusa əyləşdirərək hadisə yerindən qaçmaları əks olunur.

Hadisə oktyabrın 25-də baş verib. Ayın 27-də isə oğrular qadına zəng edərək, onun həyat yoldaşının “həbs” edildiyini bildiriblər. Onlar azərbaycanlının azad edilməsi üçün 1,5 milyon avro istəyiblər.
Telefon zənginin edildiyi mobil nömrə Ukrayna sakininə məxsus qeydiyyatdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru