Pediatriya İnstitutunda yeni doğulmuş körpə öldü

29-10-2017, 22:18           
Pediatriya İnstitutunda yeni doğulmuş körpə öldü
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulmuş körpə ölüb.

teref.az Lent.az-a istinadən xəbər verir ki, Saatlı rayon Hacıqasımlı kənd sakini Mehdiyev Orxan Zaur oğlunun 8 aylıq dünyaya gələn oğlu 3 gün ərzində reanimasiya şöbəsində saxlanılsa da, ölüb.

Bildirilir ki, O.Mehdiyevin xanımı ilk olaraq özəl xəstəxanalardan birində müalicə olunub. Daha sonra qadın yarımçıq dünyaya gətirdiyi körpəsi ilə Pediatriya İnstitutuna yerləşdirilib. Lakin həkimlərin səyləri bir nəticə verməyib və körpə vəfat edib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru