FHN-dən Ağcabədidə maye qazdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı –Açıqlama

31-10-2017, 08:20           

FHN Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 m2 olan operator otağının dam örtüyü qismən yanıb.

Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılıb. İlkin məlumata görə, 1 nəfər – 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru