DİN “Maye qaz” yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yayıb

31-10-2017, 12:35           
DİN “Maye qaz” yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
“Report”un xəbərinə məlumatda bildirilib ki, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir.
Fakt üzrə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru