Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki idarə rəisi dəyişdirilib

31-10-2017, 14:00           
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki idarə rəisi dəyişdirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki rayon idarəsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Səbail rayon idarəsinin rəisi Polad İbrahimov tutduğu vəzifədən azad edilərək, Yasamal rayon idarəsinin rəisi, Yasamal rayon idarəsinin rəisi Namiq Hüseynov isə tutduğu vəzifədən azad edilərək, Səbail rayon idarəsinin rəisi vəzifələrinə təyin olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru