Bərdədə 17 yaşlı oğlan evlərindən oğurluq edib

1-11-2017, 19:39           
Bərdədə 17 yaşlı oğlan evlərindən oğurluq edib
Bərdə rayonunda 17 yaşlı oğlan evlərindən oğurluq edib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, rayon sakini Fərhad Həsənov Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək evindən 1700 ABŞ dolları və 300 manat oğurlanması barədə məlumat verib.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, evdən oğurluq edən şəxs onun 17 yaşlı oğlu Mədət Həsənov olub.
M.Həsənov ilkin dirdirmələr zamanı etdiyi əməli etiraf edərək evdən yalnız 1400 ABŞ dolları oğurladığını atasının verdiyi şikayət ərizəsinin yanlış olduğunu bildirib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru