Dollar bu açıqlamadan sonra xeyli ucuzlaşdı

1-11-2017, 20:26           
Dollar bu açıqlamadan sonra xeyli ucuzlaşdı
Həftənin ən aşağı nöqtəsi

Noyabr ayının 1-də banklararası ticarətdə dollar bir həftədə ilk dəfə 1.70 manatdan aşağı düşüb.


teref.az-nun məlumatına görə, "Fins.az" portalı bunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun dünən verdiyi açıqlama ilə əlaqələndirib.

Belə ki, “Bloomberg” terminalında dollar ötən gün 1.70 manat məzənnəsi ilə yekunlaşıb. Bu gün isə ticarət 1.6985 manat kursu ilə başlayıb və hazırda 1 dollar 1.6979 manata bərabərdir. Başqa sözlə, ötən günlə müqayisədə dollar manat qarşısında 0,12% dəyər itirib.

Yəni bir həftə ərzində 1.70 manatdan aşağı düşməyən dollar Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın ilin sonuna kimi bahalaşacağı ilə bağlı açıqlaması ilə yenidən ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru