Ermənistan ordusunda növbəti oğurluq faktı aşkarlanıb

2-11-2017, 08:39           
Ermənistan ordusunda növbəti oğurluq faktı aşkarlanıb
Ermənistan ordusunda növbəti oğurluq faktı aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, cinayət faktı ilə bağlı məhkəmə prosesi başlayıb. Bu dəfə müttəhimlər kürsüsündə "N" saylı hərbi hissənin maddi xidmət rəisi Rafik A. əyləşib. İttihama əsasən, o, 2015-ci ilin avqustundan 2017-ci ilin yanvarına qədər anbardan vaxtaşırı 780 min dram məbləğində əşyalar oğurlayıb.
Faktla bağlı ona qarşı ittihamlar irəli sürülüb. Rafik A-dan başqa yerə getməməklə bağlı iltizam alınıb və o, müvəqqəti azadlığa buraxılıb.
Qeyd edək ki, bu, cari ildə Ermənistan ordusunda aşkarlanmış növbəti cinayət hadisəsidir. Bundan əvvəl erməni hərbçiləri arasında rüşvət, habelə başqa bir hərbi hissədə oğurluq faktı aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru