FTB Nyu-York terrorunda şübhəli bilinən ikinci şəxsi axtarır
2-11-2017, 08:44
ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) Nyu-Yorkda 8 nəfərin ölümünə səbəb olan terror aktında iştirakda şübhəli bilinən ikinci şəxsi axtarır. "Report" "RT"-ə istinadən xəbər verir ki, şübhəli şəxs Özbəkistandan olan 1984-cü il təvəllüdlü Muhammadzoir Kadirovdur. Qeyd edək ki, federal prokurorlar terror aktının icraçısı Sayfullo Saipovu terrorçuluqda ittiham edib.