Bakının mərkəzindəki məktəbdə şagirdə qarşı cinayət – KAMERAYA DÜŞDÜ

2-11-2017, 13:06           
Bakının mərkəzindəki məktəbdə şagirdə qarşı cinayət – KAMERAYA DÜŞDÜ
Bakıda məktəbdə şagirdin bahalı telefonunu oğurlayan şəxs tutulub.

Lent.az xəbər verir ki, dünən Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi-49 ünvanda yerləşən, İ.Əfəndiyev adına Elitar Gimnaziyanın İdman zalının soyunma otağındakı video-müşahidə kameralarına baxış zamanı 20 gün əvvəl oranın şagirdi, 2008-ci il təvəllüdlü Rəsul İmanova məxsus “İphone-7” markalı mobil telefonu oğurlayan şəxslərin kameraya düşdüyü məlum olub.

Kamerya düşən şəxslərdən biri – Lənkəran sakini, 1987-ci il təvəllüdlü Əliyev Ruslan Mütəllim oğlu tutularaq 22-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru