Bakıda bu ərzaq məhsullarının qiyməti BAHALAŞDI - SİYAHI
2-11-2017, 13:37
Paytaxtda yerləşən ərzaq dükanlarında bəzi məhsulların qiyməti bahalaşıb.
Metbuat.az bildirir ki, satıcılar da bunu təsdiqləyib. Onlar bahalaşmanın daha çox un, yumurta, yağ və ağartı məhsullarında olduğunu bildiriblər. Məsələ ilə bağlı İqtisadiyyat Nazirlyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.