İsveçin gecə klublarından birində partlayış baş verib
3-11-2017, 09:58
İsveçin gecə klublarından birində partlayış baş verib. "Report" "Daily Star" qəzetinə istinadən xəbər verir ki, söhbət Malmö şəhərindəki "Babel" müəssisəsindən gedir. Hadisə yerinə polis və istehkamçıların gəldiyi bildirilir. Ərazi mühasirəyə alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.