76 yaşlı deputat 27 yaşlı qadına mesaj yazdı: Parlamentdən uzaqlaşdırıldı

3-11-2017, 17:02           
76 yaşlı deputat 27 yaşlı qadına mesaj yazdı: Parlamentdən uzaqlaşdırıldı
Britaniya parlamentinin üzvü, leybolistlərin nümayəndəsi Klevin Hopkins ilginc səbəbdən qanunverici orqandan uzaqlaşdırılıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, deputat seksual hərəkətlərdə ittiham edilir. "The Telegraph" yazır ki, hadisə 27 yaşlı Ava Etamedze ilə bağlı baş verib. Belə ki, o, 76 yaşlı siyasətçinin onun telefonuna ismarıc göndərdiyini deyib. Deputat oz ismarıcında gənc qadını “cazibədar” adlandırıb.

Deputat gənc qadına aşağıdakı mətndə mesaj göndərib: "İstənilən gənc adam sizin kimi sevgilisinin olmasından xoşbəxt olardı. Ümid edirəm ki, yaxın zamanda beləsi tapılacaq. Kaş ki, gənc olaydım (...), ancaq belə deyil. Hər zaman sizin dostunuz olacağam, sizə nə zamansa dost köməyi lazam olsa, mənim nömrəm sizdə var".
Partiyadan hadisənin araşdırıldığı bildirilib.

Xatırladaq ki, 1 noyabrda ölkənin müdafiə naziri Maykl Fellon da 15 il əvvəlki xoşagəlməz hərəkətinə görə istefa verib. Culiya Hartli-Bruyer adlı jurnalist 15 il əvvəl bir kişinin şam yeməyi zamanı onun çiyninə toxunduğunu bildirib. Hadisə Mühafizəkarlar Partiyasının mərasimində olub. Fellon həmin şəxsin özü olduğunu etiraf edib və buna görə üzr istədiyini deyib. Amma bu, onu istefadan qurtara bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.