ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən şəxs həbs olunub

4-11-2017, 10:55           
ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən şəxs həbs olunub
Vaşinqton Federal Məhkəməsi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki Amerika konsulluğuna hücumda şübhəli bilinən Mustafa əl-İmamı həbs edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Əl-İmam girov qoymaq imkanları olmadan həbsdə saxlanılıb.
Ona qarşı üç maddə üzrə, o cümlədən ABŞ-ın federal ərazisində qətl törətmək, həmçinin terror təşkilatına dəstək və qanunsuz silah əldə etmək maddələri üzrə ittiham irəli sürülüb.
Bundan əvvəl Dövlət Departamenti Mustafa əl-İmamın saxlanıldığını bəyan edib.
2012-ci ilin sentyabrında terrorçular Amerikanın Benqazidəki konsulluğuna hücum ediblər. Nəticədə ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla 4 Amerika vətəndaşı həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru