Qarabağda tank əleyhinə qumbara partladı: 1 ölü, 2 yaralı

4-11-2017, 20:36           

Bu gün Qarabağında tank əleyhinə qumbaranın partlaması nəticəsində, bir düşmən əsgəri ölüb, ikisi yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 12:10 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində tank əleyhinə qumbaranın partlaması nəticəsində, 1997-ci il təvəllüdlü əsgər Hrant Xaçatur Manqasaryan ölüb, Qevorq Vladislav Hyusnunts və Sergey Sevada Alumyan adlı əsgərlər isə, müxtəlif dərəcəli qəlbə yaraları alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru