Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.