Banka borcunuzu onlar istəsə, mütləq polis çağırın – MÖVQE

5-11-2017, 20:03           
Banka borcunuzu onlar istəsə, mütləq polis çağırın – MÖVQE
Son illər ölkəmizdə yaranan iqtisadi çətinliklər vətəndaşların həyatına da təsirsiz ötüşməyib.

Xüsusən, banka borcu olanların başı dərddən qurtulmur. Belə ki, borcların qaytarılmasını banklar artıq qeyri-qanuni qurumlara etibar edirlər.

A24.az bank-borc-kollektor-gecikmiş kreditlərlə bağlı tanınmış bank eksperti Əkrəm Həsənovun fikirlərini təqdim edir:

“Artıq bir neçə banka borcu olan vətəndaş mənə şikayət edir ki, özünü “Ölkədaxili borcların yığılması idarəsi”nin əməkdaşı kimi təqdim edənlər zəng vurub onları hədələyir və ofislərinə dəvət edir. Bu gün vətəndaşlardan biri ora gedib. 9-cu mikrorayonda “Tərlan” şadlıq sarayının yanındadır. Qurumun adında “kollektor” sözü var, amma özünü dövlət qurumu kimi təqdim edir! Bir sözlə, dələduzlardır! Hələ heç bir kollektor belə qələti edib özünü dövlət qurumu kimi təqdim etməmişdi! Ya arxaları möhkəmdir, ya da başlarını tam itiriblər!Ümumiyyətlə, dəfələrlə demişəm: kollektorların fəaliyyəti qanunsuzdur.

Banklar tərəfindən kollektorlara məlumatın ötürülməsi belə bank sirrinin pozulması və özbaşınalıqdır, o da ola kollektorların vətəndaşları dəng və harasa dəvət etməsi. Borclular! Ancaq bankın zənglərinə cavab verin, tanımadığınız nömrələrdən zəng gələndə borcunuzu müzakirə etməyin, onlardan polisə şikayət edin. Ancaq bank ofislərinə gedin, başqa heç bir dəvəti qəbul etməyin. Haqqınızda məlumat kollektora ötürülübsə, bankı məhkəməyə verib bank sirrinin pozulmasına görə təzminat tələb edin! Azərbaycanda dövlət və qanun var, bura barbar cəmiyyəti deyil!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.