Bakıda avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirib
7-11-2017, 07:54
Bakıda ahıl kişini avtomobil vuraraq ağır xəsarət yetirib. "Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib. Belə ki, Məhəmmədi qəsəbəsində 63 yaşlı Ağalarov Etibar Mahmud oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.