Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub. "Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib. Belə ki, "20-ci Sahə" adlanan ərazidə, marketin qarşısında 1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Minbudaq oğlu tanışı ilə əlbəyaxa dava edib. Nəticədə o, 5 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.