Bakıda 85 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın həmin rayonun ərazisində qeydə alınıb. Rayon sakini, 1932-ci il təvəllüdlü Sabir İsgəndər oğlu Şükürov yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.