“Hücumlara icazə verməməli idi” – Bərzani ABŞ-dan narazı qalıb
7-11-2017, 14:08
İraq Kürd Regional Hökumətinin sabiq lideri Məsud Bərzani vəzifə səlahiyyətinin bitməsindən sonra ilk dəfə danışıb. Avropa.info xəbər verir ki, Bərzani müstəqillik referendumunu keçirdiyi üçün peşman olmadığını bildirib. “Referendum qərarından peşmanlıq keçirmədim. Kürdüstan ərazisinə hücum cəhdi gözləmirdik. ABŞ kürdlərlə olan münasibətlərini nəzərə alaraq hücumlara icazə verməməli idi” – Bərzani belə deyib.