Cəlilabadda insident: polis atəş açdı

7-11-2017, 18:02           
Cəlilabadda insident: polis atəş açdı
Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub.

“Report”un məlumatına görə, rayon sakinləri – 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.

Mübahisə zamanı həmin şəxslər polisləri təhqir edərək onların üzərinə bıçaqla hücum ediblər. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Bundan sonra A.Əmirov və

İ.Qurbanov saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru