Yəməndə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb

8-11-2017, 09:09           
Yəməndə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb
İŞİD terror qruplaşmasının bazar günü Yəmənin Ədən şəhərində yerləşən Cinayət Axtarış İdarəsinə əlaqələndirilmiş hücumu nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, daha 47 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Yəmən Daxili İşlər Nazirliyinin internet səhifəsi məlumat yayıb.
Bildirilir ki, ölən və yaralananlar arasında həm güc strukturu əməkdaşları, həm də dinc sakinlər var.
Noyabrın 5-də 30 İŞİD ekstremisti Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum ediblər. Əvvəlcə kamikadze kompleksin girəcəyində minalanmış avtomobili partladıb, ardınca terrorçular başqa binaların damlarından asayiş keşikçilərinə atəş açıblar, daha sonra isə binaya daxil olublar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru