Suriya ordusu İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edib 9-11-2017, 09:19 Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun komandiri bildirib. Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən Əl-Bukəmal şəhərini tam azad ediblər. Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır. Facebook-da paylaş