Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, 1956-cı il təvəllüdlü Hüsenquliyeva Əhiya Əlmirzə qızı 3-cü mikrorayon dairəsində yolu keçmək istəyən zaman onu "90-PD-467" dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya aparıb, özü polisə təslim olub. Fakt araşdırılır.