Sumqayıtda plastik şüşə istehsalı sexində yanğın olub
10-11-2017, 08:24
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə plastik şüşə istehsalı sexinin şüşə bişirmə bölümündə baş verib. Nəticədə sexdəki sobanın içərisində 6 m2 sahədə rezin məmulatları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.