Bakıda bazarın qarşısında avtomobil piyadanı vurub
10-11-2017, 08:39
Bakıda bazarın qarşısında avtomobil piyadanı vurub "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib. "8-ci kilometr bazarı"nın qarşısında yolun digər tərəfinə keçmək istəyən 1968-ci il təvəllüdlü Əbilhəsənov Həsən Əbülhəsən oğlunu "Mercedes" markalı minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.