Qəbirstanlıqda oğurluq edənlər saxlanıldılar

10-11-2017, 14:08           
Qəbirstanlıqda oğurluq edənlər saxlanıldılar
Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru